Şamaxıda dağlıq ərazidəki yanğın söndürülüb

Şamaxıda dağlıq ərazidəki yanğın söndürülüb

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən, əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə yeddi hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak ediblər.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =