Sanders Amerika hökumətinin Təl-Əvivə maliyyə dəstəyinə etiraz etdi

Sanders Amerika hökumətinin Təl-Əvivə maliyyə dəstəyinə etiraz etdi

  Müstəqil Amerika senatoru Bernie Sander ölkə universitetlərində tələbə etirazlarını dəstəkləyərək ABŞ hökumətinin Təl-Əvivə maliyyə dəstəyinə bir daha etiraz edib.

İRNA-nın məlumatına əsasən, Bernie Sanders dünən axşam (2 may) CNN-lə müsahibəsində deyib: ABŞ prezidenti Co Baydenin dediyi kimi,  biz zorakı nümayişlər istəmirik. Amma biz antisemitizm, islamofobiya və fanatizmin hər hansı formasına da dözmürük.

Sandersin sözlərinə görə, önəmli olan tələbələrin HƏMAS-ı dəstəklədikləri üçün deyil, İsrailin Qəzzadakı cinayətlərinə qəzəbləndikləri üçün etiraza qalxmasıdır.

“Etirazçılar 110 min fələstinlinin və ya əhalisinin təxminən beş %-nin  öldürüldüyü və ya yaralandığı vəziyyətin davam etməsinin şahidi olmaq istəmirlər. Tələbələr yüz minlərlə fələstinli uşaq İsrailin humanitar yardımın daxil olmasına icazə vermədiyi üçün aclıq çəkməsini istəmədikləri üçün aksiya keçirir – deyə Sanders əlavə edib.

Sanders vurğulayıb: Elə bu səbəbdən də bu gənclərin etiraz etdiyini anlamaq lazımdır. Düzgün səbəblərə görə, onlar Fələstin xalqı ilə dağıdıcı müharibə aparan ifrat sağçı Netanyahu hökumətinə hərbi və maliyyə yardımının davamlı dəstəyinə etiraz edirlər.

Qeyd edək ki, “Associated Press” agentliyi dünən gecə (2 may) Amerika universitetlərində Fələstin tərəfdarlarının tələbə etirazlarında 2000-dən çox adam həbs edildiyindən xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − six =