Sanksiyalar nüvə sənayesini gücləndirib

Sanksiyalar nüvə sənayesini gücləndirib

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: “Sanksiyalar ölkə və nüvə sənayesi üçün gücə çevrilib. Çünki bu vəziyyətin təsiri altında özümüzə arxalanmağa çalışdıq. İndi ölkənin tələbatını ödəməkdən əlavə, müxtəlif radiofarmasevtik məhsulların ixracatçısına çevrilmişik.”

İranın AET-nin sözçüsü və beynəlxalq, hüquq və parlament məsələləri üzrə müavini Behruz Kəmalvəndi müsahibəsində deyib: “Əsasən, İranın Atom Enerjisi Təşkilatının beynəlxalq, hüquq və İslami Şura Məclisi məsələləri üzrə müavinliyində işimizin mühüm bir hissəsi nüvə fəaliyyətləri üçün məkan açmaq məqsədi ilə beynəlxalq səviyyədə işlər görməklə bağlıdır.”

“Nüvə fəaliyyətləri cəmiyyətin müxtəlif işlərində təsirlidir. Bunlar arasında texnoloji nailiyyətlərin həm insanların həyat səviyyəsinə, həm də ölkənin siyasi və iqtisadi məsələlərinə təsirlərini qeyd etmək olar” – deyə, Kəmalvəndi qeyd edib.

O, bildirib ki, nüvə fəaliyyəti çox yüksək imkanlara malikdir, bu səbəbdən ötən illərdə düşmənlər İranı zəiflətməyə çalışıblar, bu işə görə ölkəni beynəlxalq məsələlərə məşğul ediblər, həmişə İran İslam Respublikasının nüvə sənayesinin tərəqqisinə maneələr yaratmağa çalışıblar. Digər tərəfdən, sanksiyalar ölkə və nüvə sənayesi üçün güc nöqtəsinə çevrilib, çünki bu vəziyyətin təsiri altında özümüzə arxalanmağa çalışdıq.

İran AET-nin sözçüsü əlavə edib: “Bu sənayenin insanların həyatına çoxlu təsiri var. Onun nüvə təbabəti sahəsindəki rolunu qeyd etmək olar. Belə ki, hər il bir milyondan çox xəstə İranın nüvə mütəxəssisləri və alimləri tərəfindən istehsal olunan radiofarmasevtik vasitələrdən istifadə edir. Həmçinin İranın radiofarmasevtik vasitələri və müxtəlif radioizotoplarının ağır su törəmələri kimi ixracı ilə çoxlu sayda digər ölkələrin vətəndaşları da İran İslam Respublikasının nüvə sənayesinin faydalarından bəhrələnirlər. Bu yolla ölkəmizin nüvə sənayesinin addımları və fəaliyyətinin çıxışı İran və dünya xalqlarının sağlamlığında çox təsirli hesab edilir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 8 =