Sara Netanyahu ərinin təhlükədə olduğunu bildirib

Sara Netanyahu ərinin təhlükədə olduğunu bildirib

Netanyahunun həyat yoldaşı: Ordu komandirləri ərimə qarşı çevriliş etmək istəyirlərİşğalçı İsrail rejiminin “Haaretz” qəzeti bu gün (çərşənbə axşamı) yazıb ki, işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu məhdud sayda israilli məhbus ailələri ilə görüşündə belə bir iddia ilə çıxış edib.

Bu xəbərə görə, Netanyahunun həyat yoldaşı məhbusların ailələrinə ordu komandirlərinin “həyat yoldaşıma qarşı çevriliş etmək istəyirlər!” deyib.

Haaretz qəzeti yazır ki, ötən həftə bir qrup israilli məhbus ailəsinin nümayəndələri ilə görüş keçirilib və bu görüşdə Sara Netanyahu dəfələrlə bu rejimin yüksək rütbəli ordu zabitlərinə etibar etmədiyini və ərinə qarşı çevriliş etmək istədiklərini dilə gətirib.

Bu hesabat Netanyahunun Qəzza zolağına qarşı hərəkətlərinin tənqidinin güclənməsi ilə eyni vaxtda dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + five =