Sarkozi üzərində məhkəmə prosesi gələn ilin martında keçiriləcək

Sarkozi üzərində məhkəmə prosesi gələn ilin martında keçiriləcək

Fransanın sabiq prezidenti Nikola Sarkozi 2007-ci ildə prezidentlik kampaniyasının Liviya hökuməti tərəfindən maliyyələşdirilməsi ilə bağlı mühakimə olunacaq.

“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Prokurorluq sabiq prezidenti “seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə”, “passiv korrupsiyada” və “dövlət vəsaitlərinin mənimsənilməsini gizlətməkdə” ittiham edir. Bu ittiham məhkəmə tərəfindən təsdiq olunarsa, o zaman Nikola Sarkozi barəsində 10 il həbs cəzası çıxarıla bilər. İlk dinləmə prosesi 2024-cü il martın 7-nə təyin edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 7 =