Save the Children Təşkilatı: Qəzzada hər gün ən azı 10 uşaq əlil olur

Save the Children Təşkilatı: Qəzzada hər gün ən azı 10 uşaq əlil olur

Save the Children (Uşaqları qoruyaq) təşkilatı bazar günü gecə yaydığı hesabatda Qəzza zolağında hər gün ən azı 10 uşağın bir ayağını itirdiyini qeyd edib.

Fələstinin “Səma” xəbər agentliyinin xəbərinə görə, bu beynəlxalq təşkilat həmçinin Qəzzada uşaq əməliyyatlarının əksəriyyətinin anesteziyasız həyata keçirildiyi barədə xəbərdarlıq edib.

Save the Children təşkilatı sionistlərin hücumunun əvvəlindən Qəzzada 1000 uşağın müharibədə bir və ya hər iki ayağını itirdiyini açıqlayıb.

Bununla bağlı Save the Children təşkilatının Fələstindəki koordinatoru Ceyson Li də qəzzalı uşaqların bu müharibədə çəkdikləri əzab və ağrıların ağlasığmaz olduğunu bildirib.

Fələstinin Səhiyyə Nazirliyi bazar günü günortadan sonra Qəzza müharibəsində şəhid və yaralıların sayının artdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 18 =