Sedirut Qəssam batalyonlarının atəşi altında: Müqavimət raketləri Qüdsün qərbinə çatır

Sedirut Qəssam batalyonlarının atəşi altında: Müqavimət raketləri Qüdsün qərbinə çatır

Qəssam batalyonları 50-dən çox raketlə sionistlərin Sedirut qəsəbəsini hədəf aldıqlarını və işğal altındakı Qüdsün qərbindəki bir qəsəbənin raket hücumuna məruz qaldığını açıqlayıb.

Mehr Xəbər Agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan İzzəddin Əl-Qəssam batalyonları ən azı 50 raketlə Qəzzə yaxınlığındakı sionist Sedirut qəsəbəsini hədəfə aldıqlarını elan ediblər.

Qəssam batalyonları həmçinin sionistlərin işğal olunmuş Qüdsün qərbində yerləşən “Beyt Şimş” qəsəbəsini ağır arteleriya və raket hücumları ilə hədəfə alıblar. Bu hücumlardan sonra bu qəsəbədə həyəcan təbili çalınıb.

İsrail mediası etiraf edib ki, HƏMAS-ın Hayfaya çata biləcək daha uzun mənzilli raketlər atacağı gözlənilir.

Müalicə müəssisələrinin Qəzza zolağında baş verən fəlakətlə bağlı xəbərdarlıq etdiyi bir vaxtda Həmas hərəkatı ərəb və İslam dünyasındakı bütün yardım təşkilatlarını və beynəlxalq ictimaiyyəti Qəzza zolağına tibbi avadanlıq göndərmək üçün təcili müdaxilə etməyə çağırıb.

HƏMAS hərəkatı Qəzzada dinc əhalinin su və elektrik enerjisinin kəsilməsinin insanlığa qarşı cinayət olduğunu və Beynəlxalq Qızıl Xaç Təşkilatının mümkün qədər tez müdaxilə etməli olduğunu vurğulayıb.

Media mənbələri İsrailin Qəzza zolağının mərkəzində yerləşən Ən-Nəsirat düşərgəsində yaşayış evinə endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 5 üzvünün şəhid olduğunu açıqlayıb.

 Beləliklə, sionist rejimin Qəzza zolağının mərkəzindəki Deyrəl-Bələh vilayətində iki yaşayış evinə hava hücumu nəticəsində şəhid olanların sayı 20 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =