Sel Şəkinin Cəyirli kəndini viran qoydu – VİDEO

Sel Şəkinin Cəyirli kəndini viran qoydu – VİDEO

Aramsız yağan yağışlar və sel Şəkinin Əlican çayı ətrafında yerləşən Cəyirli kəndində fəsadlara səbəb olub.

BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, dərələrdən gələn yağış suları kənddə əksər həyətlərə, zirzəmilərə və yaşayış evlərinə dolaraq sakinlərə ciddi ziyan vurub.

Kənd icra nümayəndəsinin müavini Fərzalı İsmayılovun sözlərinə görə, ərazidə 120-dən çox evə ziyan dəyib.

“5 km-dən artıq kəndarası yol dağılıb. 500-dən çox quş, 10-a yaxın xırdabuynuzlu heyvan məhv olub”, – deyə o əlavə edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 1 =