SEPAH-ın baş komandanı: Heç kim İran hücum etməyə cürət etmir

SEPAH-ın baş komandanı: Heç kim İran hücum etməyə cürət etmir

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı deyib: “Hazırda heç kim İran millətinə və torpağına hücum etməyə cürət etmir”.

General-mayor Hüseyn Səlami cümə axşamı günü Təbrizdə Şərqi Azərbaycan vilayətinin 10 min şəhidinin anım mərasimində çıxışı zamanı İslami İranın qüdrətinin şəhidlərin əbədi mirası olduğunu bəyan edərək, deyib: “Şəhidlər İranı şərəf zirvəsinə çatdırdılar və indiki zamanda dünyanın istənilən yerində siyasətçilər və şəxsiyyətlərlə söhbət edəndə İrandan hörmətlə danışırlar”. 

General-mayor Səlami düşmənlərin müsəlman xalqları öz hüquqlarından məhrum etmək istədiklərini söyləyərək, əlavə edib: “Onlar Fələstin kimi müsəlman torpaqlarını işğal etmək istəyirlər. Qəzzəyə hücum və bu torpağın bombalanması buna misal ola bilər”.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sionist rejimin xəstəxanalara, yaşayış və xidmət sahələrinə hücumlarını pisləyərək, qeyd edib ki, körpələrin öldürülməsi sionist rejim üçün qürur mənbəyidirvə  sionistlər öz qələbələrini çoxlu sayda xalqın, uşaqların, qocaların və qadınların şəhid edilməsində görürlər”. 

General-mayor Səlami bu gün dünya xalqlarının sionist rejimə nifrətinin pik həddə çatdığını bildirərək, əlavə edib: “Bütün xalqlar Fələstini dəstəkləmək və sionist rejimin cinayətlərinə öz qəzəblərini ifadə etmək üçün meydana gəliblər”. 

7 oktyabr 2023-cü il şənbə günü Fələstin müqavimət qüvvələri İsrail mövqelərinə qarşı Əl-Əqsa Tufanı adlı qəfil əməliyyata başlayıb. İsrail rejimi buna cavab olaraq. Qəzzə zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin oktyabrın 7-dən Qəzzə zolağına təcavüzü nəticəsində şəhid olanların sayı 18 min 608 nəfərə çatıb. Yaralıların sayı isə artaraq, 50 min 594 nəfərdən çox olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =