Seyid Həsən Nəsrullah: Bu döyüşdə qələbə həlledicidir

Seyid Həsən Nəsrullah: Bu döyüşdə qələbə həlledicidir

Hizbullahın baş katibi Yəmən xalqına və silahlı qüvvələrinin son qəhrəmanlıqlarına işarə edərək Amerika və İngiltərə təcavüzünün heç vaxt yəmənlilər və Yəmən silahlı qüvvələrinin mövqelərinə təsir göstərməyəcəyini vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu gün (31 may) deyib: Dünən amerikalıların və ingilislərin vəhşi təcavüzünə məruz qalan, çoxlu sayda şəhid və yaralı olan Yəməndəki qardaşlarımızla həmrəy olduğumuzu xatırladaraq Britaniya və Amerika təcavüzünün şiddətinə baxmayaraq Yəmənin Qəzzaya dəstəyinə heç vaxt təsir etməyəcəyinə əminik.

Seyid Həsən Nəsrullah sionist rejimin məzlum Qəzzə xalqına qarşı davamlı cinayətləri və Netanyahu və bu rejimin digər rəhbərlərinin müharibə və cinayətləri üzərində israrlarının davam etdiyini qeyd edərək deyib: Netanyahunun Fələstin və Qəzza soyqırımı davam edir. Bəzi dünya xalqları və onların hökmdarlarının susqunluğuna baxmayaraq, Fələstindəki məzlumların qanı dünyanı oyadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 13 =