Seyid Həsən Nəsrullah: Qəzza müharibəsini Amerika idarə edir – Müqavimət cəbhəsinin qüdrəti İran rəhbərliyinin sayəsindədir
Livan Hizbullahının Baş katibi Şəhid günü münasibəti ilə çıxışında işğal olunmuş Fələstində baş verən hadisələrə münasibət bildirərərək, Amerika hökumətinin Qəzza zolağında müharibəni idarə etdiyini və sionist rejimin mülki əhaliyə qarşı cinayət törətməklə özünə ağır zərbə vurduğunu vurğulayıb.
İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah bu çıxışında əlavə edib: Sionist rejimin son cinayətləri bu rejim ilə İslam dövlətləri arasında münasibətlərin normallaşdırılması planına güclü zərbə vurdu.
Livan Hizbullahının baş katibi vurğulayıb: İsrail rejimi öz auditoriyasına təqdim edə biləcəyi heç bir nailiyyət əldə etməyib.
Seyid Həsən Nəsrullah Yəmənin Ənsarullah hərəkatının sionist rejimə qarşı əməliyyatlarını tərifləyərək və Amerika qüvvələrinə qarşı müqavimət əməliyyatlarına işarə edərək dedi: Əgər amerikalılar onlara qarşı bu əməliyyatın dayandırılmasını istəyirlərsə, Qəzzaya qarşı təcavüzü dayandırmalıdırlar.
O, həmçinin Suriyanın müqavimət və sionist rejim arasında döyüşdə iştirakı ilə bağlı vurğulayıb: Suriya döyüşçüləri və müqavimət hərəkatlarını dəstəkləyir və onun nəticələrinə qatlanır. Suriya döyüşün mərkəzindədir.
Seyid Həsən Nəsrullah sionist rejimin mülki əhalini hədəfə alma cinayətlərinə toxunaraq ərəb və islam ölkələrinə deyib: Məgər 57 ərəb və İslam ölkəsi Qəzzəyə yardım çatdırmaq üçün Rəfah keçidini açmaq gücünə malik deyilmi?
Seyid Həsən Nəsrullah əlavə edib: Bu gün Netanyahu hər an ziddiyyətli bir şey deyir. Əvvəlcə Qəzzanı işğal edəcəyik deyir, sonra istəmirik deyir. Onlar çaşqınlıqdadırlar və gündən-günə daha da pisləşəcəklər.