Seyid Həsən Nəsrullah və İslami Cihadın baş katibi görüşüb

Seyid Həsən Nəsrullah və İslami Cihadın baş katibi görüşüb

Livan Hizbullah hərəkatının baş katibi və Fələstin İslami Cihad hərəkatının baş katibi regionda baş verən son hadisələri müzakirə ediblər.

 Livan Hizbullah hərəkatının ictimaiyyətlə əlaqələri bu gün səhər (bazar günü) bu hərəkatın baş katibi Seyid Həsən Nəsrullah və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalənin bir-biri ilə görüşüb danışdıqlarını bildirib.

Hizbullahın ictimaiyyətlə əlaqələrinin elanına görə, bu görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd Əl-Hindi də iştirak edib.

Bu görüşdə iki tərəf Fələstində, Livanda və regionda baş verən son hadisələri müzakirə edib, həmçinin hazırkı vəziyyətdə müqavimət oxunun üzləşdiyi hadisələri, təhdidləri və imkanları nəzərdən keçirib.

Bu görüş İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadənin başçılıq etdiyi İran nümayəndə heyətinin son günlər Hizbullahın baş katibi ilə görüşü və söhbəti zamanı baş tutub.

Livan, Fələstin və regiondakı son hadisələrin müzakirə edildiyi bu görüşdə İran İslam Respublikasının Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 2 =