Şeyx Naim Qasim: ABŞ-la Hizbullah arasında müzakirələrə heç bir yer yoxdur

Şeyx Naim Qasim: ABŞ-la Hizbullah arasında müzakirələrə heç bir yer yoxdur

“SHAFAQNA” -Beynəlxalq Xəbər Agentliyinin verdiyi xəbərə görə, Livan Hizbullah hərəkatının baş katibinin müavini, İran və ABŞ arasındakı mümkün danışıqların Hizbullahın ABŞ-la münasibətlərinin inkişafı ilə heç bir əlaqəsi olmadığını və bu hərəkatın yeganə məsələsinin sionistlərin məntəqədə mövcudluğu olduğunu bildirib.

Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim bu gün “Nur” radiosuna verdiyi müsahibədə ABŞ ilə İran arasındakı mümkün razılaşma və Livanda qurulan yeni dövlət kabinetinin problemləri barədə müzakirələr aparıb.

ABŞ və Hizbullah arasında müzakirələrə heç bir yer olmadığını deyən Şeyx Naim Qasim, “danışıqlar masasında oturmanın faydasız olduğuna inanırıq, çünki bu dialoqun nəticəsi artıq məlumdur və o da ABŞ-ın İsrailə yeni fürsətlər verməsidir”, – deyə vurğulayıb.

Hizbullah baş katibinin müavini: “Qeyd etmək lazımdır ki, nüvə problemi ilə bağlı danışıqlar zamanı, İran bölgədəki hər hansı bir mövzu ilə bağlı danışıqlara razı olmadı. Nəticə olaraq demək olar ki, Hizbullah ABŞ-İran danışıqlarının bir hissəsi deyil və olmayacaqdır.”

Şeyx Naim Qasim həmçinin Prezident Mişel Aun və Baş nazir Səd Həririni mühüm mövzularda anlaşmaya nail olmaq üçün səy göstərməyə çağırıb və Hizbullahın da ilk gündən bəri vahid dövlət kabinetinin qurulması və onun təkmilləşdirilməsi üçün çalışdığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − seventeen =