Si Cinpin Baydenə: “Tayvanı Çinə birləşdirəcəyik”

Si Cinpin Baydenə: “Tayvanı Çinə birləşdirəcəyik”

Çin Sədri Si Cinpin San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib.Teleqraf.com xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Si Cinpin bu planların həyata keçirilməsi ilə bağlı dəqiq vaxt deməyib.

Çin Sədri bunun güc yolu ilə deyil sülhlə həyata keçiriləcəyini açıqlayıb.

O, həmçinin Baydenə ABŞ-ın Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.

Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 3 =