“Şimal axını”nın partladılmasında şübhəli kimdir?

“Şimal axını”nın partladılmasında şübhəli kimdir?

Publika.az xəbər verir ki, Nyu-Yorkdan ABŞ Senatına namizəd Diane Sayre “RİA Novosti”yə müsahibəsində “Şimal axını” və “Şimal axını – 2” qaz kəmərlərinin bombalanması ilə bağlı beynəlxalq araşdırma aparmağın gərəkdiyini bildirib.

Bundan başqa, siyasətçi əlavə edib ki, ABŞ Konqresi də insidentin baş vermə şəraitini araşdırmalıdır. Onun sözlərinə görə, ölkə sakinləri belə bir tələblə çıxış etməlidirlər. Sayre qeyd edib ki, əgər amerikalılar bunun Dövlət Departamentinin, hərbçilərin qeyri-qanuni, gizli əməliyyatı olduğunu başa düşsələr, onda bəlkə də, bu araşdırma baş tuatacaq.

O, medianı da bu mövzunu daha fəal işıqlandırmağa çağırıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − six =