Şimali Koreya ABŞ-ı atom bombası ilə təhdid etdi

Şimali Koreya ABŞ-ı atom bombası ilə təhdid etdi

Şimali Koreyanın lideri düşmənlərin ekstremist rəftarlarının müşahidəsi zamanı Pyung Yangın da atom bombasından istifadə etməsində şübhə etməyəcəyi barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Kim Çen İnn “Huasung-18” ballistik raketinin sınaq mərhələsinə nəzarət barədə deyib ki, bu raketin atışı Şimali Koreya düşmənləri üçün qəti bir mesajdır. Çünki bizim ölkə əleyihinə hər hansı bir addım atılarsa, mən də heç düşünmədən atom bombası ilə cavab verəcəyəm.

Xatırladaq ki, bir neçə gün əvvəl Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb. Dekabrın 17-də səhər saatlarında ABŞ-ın “USS Missouri” atom sualtı qayığı Şimali Koreyanın ehtimal olunan qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar narahatlıq fonunda müttəfiqi Cənubi Koreyaya dəstək məqsədilə Busan şəhərindəki hərbi dəniz bazasına çatıb. Təxminən 3 həftə əvvəl isə ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı Cənubi Koreyanın Cecu adasındakı hərbi dəniz bazasına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =