Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya ballistik raket buraxıb

KXDR daha bir ballistik raketin buraxılışını həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Xidmət həmçinin bildirib ki, ehtimal ki, raket artıq yerə düşüb.

Raketin düşdüyü dəqiq yeri açıqlanmır. Yapon nəzarətçiləri bölgədəki gəmiləri, əgər raket qalıqları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Sahil Mühafizəsi daha sonra Şimali Koreyanın raket buraxması ilə bağlı növbəti xəbərdarlıq edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + seventeen =