Şimali Koreya Yaponiyanı xəbərdar etdi: avqustun 24-dən…

Şimali Koreya Yaponiyanı xəbərdar etdi: avqustun 24-dən…

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, Yaponiya hökuməti avqustun 24-dən 31-dək olan müddətdə KXDR-dən peyk buraxmaq niyyəti barədə bildiriş alıb. Yaponiya Sahil Mühafizəsi raketin buraxılması ilə əlaqədar üç mümkün təhlükə zonası barədə məlumatlandırılıb: ikisi Koreya yarımadasının qərbində, digəri isə Luzon adasının şərqindədir.

Məlumata görə, Şimali Koreya orbitə peyk çıxarmaq üçün əvvəlki uğursuz cəhddə istifadə etdiyi uçuş yolunu yenidən sınamaq niyyətindədir.

Qeyd edək ki, mayın 31-də KXDR “Mannigen-1” hərbi kəşfiyyat peyki ilə daşıyıcı raketin ikinci mərhələsinin buraxılması zamanı fövqəladə vəziyyətin yarandığını açıqlayıb. Peykin buraxılışı raketin qeyri-sabit mühərriki, eləcə də yanacaq xüsusiyyətləri səbəbindən uğursuz olub. Şimali Koreyanın Milli Kosmik İnkişaf Agentliyi müəyyən edilmiş qüsurları aradan qaldıracağını vəd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =