Sinvarı bu səbəbə görə saxlamaq və yaxud şəhid etmək mümkün deyil!

Sinvarı bu səbəbə görə saxlamaq və yaxud şəhid etmək mümkün deyil!

Amerika rəsmiləri Qəzzədə məxfi saxlanılan Fələstin İslami Cihad Hərəkatı (Həmas) rəhbərinin saxlanılması və yaxud şəhid edilməsinə professional baxışlarını elan ediblər.

Əl Aləm telekanalının Əl Misril Yəvmə istinadən verdiyi  məlumata əsasən, Tel Əviv rəsmiləri Yəyha Sinvarın tutulması və yaxud şəhid edilməsi ilə Qəzzə müharibəsində uğur qazana biləcəklərinin imkansızlığı üçün səbəblərini deyiblər.

The Washington Post yazır: İsrail ordusu Qəzzə tunellərində gizləndiyi iddiası edilən Yəhya Sinvarı şəhid edib yaxud tutduqları təqdirdə müharibədə uğur qazanacaqlarını deyirlər. Amma bu imkansızdır. Çünki Həmasın üzə çıxarmadığı Yəhya Sinvar kimi onlarla mübariz sərkərdəsi var.

Deyilənlərə görə, Həmasın siyasi-hərbi taktikaları sayəsində hətta Yəhya Sinvarı belə yaxalamaq və yaxud şəhid etmək belə imkansızdır. O ki qaldı təkcə Sinvarı məhv etməklə Həmasın məhvini təsəvvür etmək belə mümkün deyil. Belə ki, Sinvarın ölümü ilə bütün israilli girovların ölməsi də yüksə ehtimal doğurur. Çünki Sinvarı öldürmək asan bir iş olarsa, girovların ölümü daha da asandır.

Xatırladaq ki, sionist rejim mediaları ötən həftə Yəhya Sinvarın ailəsi və girovlarla birlikdə tunel vasitəsilə Qəzzəni tərk etməsi barədə videolar yayımladıqdan sonra bu xəbəri təkzib etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =