Sionist əsgərlər Cənin düşərgəsinə hücum edib və 5 fələstinli yaralanıb

Sionist əsgərlər Cənin düşərgəsinə hücum edib və 5 fələstinli yaralanıb

Fələstin mediası sionist qüvvələrin İordan çayının qərb sahilində yerləşən Cənin düşərgəsinə hücumu və bir fələstinlinin evinin mühasirəyə alınmasını xəbər verib.

Çərşənbə axşamı İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Cənin düşərgəsinə hücum edərək fələstinli yaraqlılarla toqquşub.

Fələstin Səhiyyə Nazirliyi də iki fələstinlinin döyüş güllələrinə tuş gəlməsi nəticəsində yaralandığını və onların Cənin Xəstəxanasına aparıldığını açıqlayıb.

Fələstinin “Səma” internet saytının məlumatına görə, sionist əsgərlər Cənin düşərgəsinin girişini mühasirəyə alaraq fələstinli gənclərdən birinin təslim olmasını tələb ediblər.

Sionist KİV-ləri həmçinin bildiriblər ki, Cənin düşərgəsinə hücumda məqsəd axtarışda olan şəxsləri həbs etmək olub.

Bəzi Fələstin mediası bu toqquşmalarda ən azı 5 fələstinlinin yaralandığını bildirib.

Sionist rejim radiosu bu rejimin əsgərlərinin evlərini mühasirəyə aldıqdan sonra iki gənc fələstinlini həbs etdiklərini elan edib. Sionist rejim iddia edir ki, bu iki gənc yaxın gələcəkdə bu rejimə qarşı əməliyyatlar keçirmək niyyətində olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − ten =