Sionist əsgərlər işğal altındakı Qüdsdə bir fələstinli gənci güllələyiblər

Sionist əsgərlər işğal altındakı Qüdsdə bir fələstinli gənci güllələyiblər

Sionist əsgərlər işğal altındakı Qüdsdə əməliyyat keçirməyə cəhd etməsi iddiası ilə fələstinli gənci hədəf alıb.

Sionist rejimin təhlükəsizlik qüvvələri bu gün axşam saatlarında bir fələstinli gəncin işğal altındakı Qüdsdəki tramvay stansiyasının təhlükəsizlik qüvvələrindən birinə soyuq silahla hücum etməyə cəhd etdiyini iddia edib.

Sionist mediasının məlumatına görə, bu əməliyyatdan sonra işğal altında olan Qüds tramvay stansiyasının mühafizəçisi yaralanıb.

Sionist rejimin təhlükəsizlik qüvvələri məlumat aldıqdan dərhal sonra bu gənc fələstinlini hədəfə alıblar. Bu hesabat dərc olunana qədər əməliyyatın icraçısının dəqiq vəziyyəti məlum deyil.

Sionist polisi bəyanatında Ət-Təlləl-Fransiyyə bölgəsindəki Qüds tramvay stansiyasında bıçaqlanma xəbəri aldığını və dərhal qüvvələrini həmin yerə göndərdiyini açıqlayıb.

İsrail polisi bildirir ki, tramvay stansiyasının mühafizəçisinin səthi xəsarətləri var və xilasedicilər onu xəstəxanaya çatdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + sixteen =