Sionist əsgərlər Qəzza müharibəsində iştirakdan imtina ediblər

Sionist əsgərlər Qəzza müharibəsində iştirakdan imtina ediblər

Sionist Ordu Radiosu bu rejimin bir sıra hərbçilərinin Qəzza müharibəsində iştirak etməkdən çəkindiyini etiraf edib.

Mehr xəbər agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Sionist Ordu Radiosu sionist ordusunun bəzi ehtiyat qüvvələrinin Qəzza zolağındakı quru döyüşlərində iştirakdan imtina etdiyini etiraf edib.

Sionist rejim radiosunun xəbərinə əsasən, onların Qəzzə müharibəsində iştirakına mane olan şey bu rejim ordusunun hərbi hazırlıq səviyyələrində bəzi təhlükəli boşluqların mövcudluğundan danışıblar.

Qeyd edək ki, Əl-Əqsa tufanı əməliyyatının başlamasından və sionist rejimin Qəzzə zolağına qəddar hücumundan 103 gün keçməsi ilə bu rejim bəyan etdiyi heç bir məqsədə nail ola bilməyib və bu məsələ sionist rejimin heç bir nailiyyət əldə edə bilməməsinə qarşı mühacirlərin etirazlarının intensivliyini artırdı.

Bununla əlaqədar olaraq, son bir neçə gündə işğal olunmuş ərazilərin müxtəlif bölgələrində sionist rejimin baş naziri Benyamin Netanyahu və kabinetinə qarşı etiraz nümayişləri keçirilib və bu nümayişlərdə nümayişçilər Netanyahunun devrilməsini və müqavimət qüvvələrinin əllərindəki sionist girovların azad edilməsini tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − three =