Sionist əsgərlər Tulkərimdə güclü partlayışın hədəfi olub

Sionist əsgərlər Tulkərimdə güclü partlayışın hədəfi olub

Müqavimət döyüşçüləri sionist əsgərlərin Tulkərim şəhərindəki düşərgəyə hücumu ilə silahlı qarşıdurma zamanı sionist buldozerini hədəf alan güclü partlayıcı qurğunu işə salıblar.

Bazar günü səhər saatlarında Fələstin mediası Sionist Müvəqqəti Rejim əsgərlərinin İordan çayının qərb sahilindəki “Tülkərim” şəhərinin şərqində yerləşən “Nur Şəms” düşərgəsinə hücumu barədə xəbər verib.

Sionist işğalçıların hücumu ilə fələstinli gənclər və müqavimət döyüşçüləri də silahlı qarşıdurmaya əl atıb və onlar arasında şiddətli toqquşmalar başlayıb.

“Şahab” xəbər agentliyi terrorçu sionistlərin fələstinlilərin evlərini dağıtmaq üçün çoxlu sayda əsgər və zirehli texnika ilə birlikdə Nur Şəms düşərgəsinə buldozerlər gətirdiyini bildirib.

HƏMAS İslami Müqavimət Hərəkatının Tulkərimdəki hərbi qolu olan Əl-Qəssam Briqadaları açıqlama verib.

“Mücahidlərimiz müqavimət qruplarından olan qardaşları ilə birlikdə Nur Şəms düşərgəsini mühasirəyə alıb hücuma keçməyə çalışan sionistlərlə bir neçə cəbhədə silahlı qarşıdurma aparırlar”.

Məlumatlara görə, Nur Şəms düşərgəsinin məscidləri də Allahu Əkbər sədaları yayımlayaraq, bütün fələstinlilərin bu bölgədə uşaq qatili sionistlərin genişmiqyaslı işğalına qarşı durmasını tələb ediblər.

Bir neçə dəqiqə sonra Fələstin mediası Nur Şəms düşərgəsində sionist əsgərlərin sıraları arasında güclü partlayışın baş verməsi barədə məlumat yayıb.

Şahab News-un məlumatına görə, bu partlayış sionist terror rejiminin buldozerini hədəf alıb və ona ciddi ziyan vurub.

Əl-Qəssam batalyonları bir neçə dəqiqədən sonra elan edib: “Nur Şəms düşərgəsindəki müqavimət döyüşçüləri işğalçılarının buldozerinin yolu üzərində güclü və əldəqayırma partlayıcı qurğunu işə sala bilmiş və ona ciddi xəsarət vurmuşlar.”

Yerli mənbələr həmçinin bildiriblər ki, sionist buldozerinin məhv edilməsindən sonra Nur Şəms düşərgəsində güclü və davamlı partlayışların səsi eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =