Sionist analitik: Təl-Əviv başçıları dərin quyuya düşüblər
Sionist Yediot Ahronot qəzetinin siyasi analitiki bu rejimin Qəzza zolağına qarşı müharibəsi prosesində Təl-Əviv liderlərinin artan problemlərinə işarə edərək yazıb: Oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlaması ilə, İsrail hakimiyyəti dərin quyuya düşüb.
İRNA-nın bu gün (çərşənbə) verdiyi məlumata görə, sionist siyasi analitik Nahum Barnia Yediot Ahronot qəzetində dərc olunan təhlilində Təl-Əviv rejimi rəsmilərinin HƏMAS hərəkatını məhv etmək və onu məğlub etmək haqqında iddialarını reallıqdan uzaq hesab edib.
O, əlavə etdi: İsrailin baş naziri Benyamin Netanyahu həyata keçirməsinin heç bir yolu olmayan gözləntilər irəli sürdü və bizi sonu görünməyən müharibəyə məhkum etdi.
Sionist jurnalist Almoq Boger də bu barədə yazıb ki, [Qəzza] müharibəsi faktiki olaraq başa çatıb və İsrail rejimi xüsusi əməliyyatlar mərhələsinə daxil olub.
O, vurğulayıb: Qəzza müharibəsinin nəticəsi heç bir nailiyyəti olmayan təəssüf doğuran məğlubiyyətdir və bu, üzücü, məyusedici və yorucu bir məsələdir.