Amerikanın Bağdaddakı yeni səfir namizədinin sözləri İraq siyasi liderlərini qəzəbləndirdi

Amerikanın Bağdaddakı yeni səfir namizədinin sözləri İraq siyasi liderlərini qəzəbləndirdi

 ABŞ hökumətinin Bayden administrasiyasının sona çatmasına bir neçə ay qalmış İraqdakı səfirini dəyişmə israrının Vaşinqton-Bağdad münasibətlərinin gələcək perspektivləri üçün qeyri-müəyyənliyindən xəbər verir.

Təsnim Xəbər Agentliyinin bugünkü (24 iyun) xəbərinə görə, ABŞ-ın İraqdakı səfirliyinə namizəd olan “Tracy Jacobsen” keçən həftə Co Baydenin adından karyerasını müdafiə etmək üçün Senatın Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edib.

Jakobsen sərt və əsassız açıqlamalarında İraqın qeyri-sabitliyinin səbəbkarının İran və müqavimət qrupları olduğunu deyib və bunun İraqın təhlükəsizliyi və sabitliyinə əsas təhdid kimi təqdim edib.

İraqın baş naziri Məhəmməd Şiə Əl-Sudaninin təhlükəsizlik məsələləri üzrə müşaviri “Xalid Əl Yaqubi” bu kimi bəyanatlara cavab olaraq ABŞ-ın Bağdaddakı səfirliyinə namizədin bəyanatlarını açıq-aşkar şəxsiqərəzlik kimi qiymətləndirib.

Bundan əlavə, Əsaib Əhli-Həqqin baş katibi Qais Əl-Xəzalinin rəhbərlik etdiyi Sadiqiyyun fraksiyası da Jakobsenin sözlərinə cavab olaraq bəyanat yayaraq İraqın daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twenty =