Sionist həbsxana gözətçiləri fələstinli məhbuslara hücum edib

Sionist həbsxana gözətçiləri fələstinli məhbuslara hücum edib

Fələstin xəbər mənbələri bazar günü bildiriblər ki, sionist rejimin həbsxana mühafizəçiləri fələstinli məhbuslara hücum edərək onları döyüblər.

İRNA-nın Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, işğal olunmuş ərazilərdəki “İşel” və “Raymon” iki həbsxanasının xüsusi təyinatlıları bazar günü bu iki həbsxananın bəzi hissələrinə hücum edərək, fələstinli məhbusları döyüblər.

Onlar həbsxanaların içərisinə də gözyaşardıcı qaz atıb və fələstinli məhbusları zorla həbsxanalardan çıxararaq özləri ilə aparıblar.

Bu hücum ötən cümə axşamı gecə xəbər mənbələrinin 1000 fələstinli məhbusun rejim əsgərlərinin məhbuslara qarşı vəhşi və görünməmiş hücumlarına etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını bildirdiyi bir vaxtda baş verib.

Fələstinli Məhbuslar İnformasiya Bürosunun direktoru Əhməd Əl-Qudrə deyib: “Məhkumlar kütləvi aksiyaya başladıqdan sonra bütün fələstinlilər ümumu hazırlıq elan etməli və onlara dəstək vermək üçün küçələrə çıxmalıdırlar.”

Ötən çərşənbə günü Beynəlxalq Amnistiya Təşkilatı xərçəng xəstəliyindən əziyyət çəkən fələstinli məhbus “Vəlid Dəqqə”nin sionist həbsxanasından dərhal azad edilməsini istəyib ki, o, mümkün qədər tez müalicə alsın.

Hazırda sionist rejimin həbsxanalarında əvvəllər azadlığa buraxılmış, lakin yenidən əsir götürülən 34 məhbus da daxil olmaqla 4900-ə yaxın fələstinli qadın, kişi və uşaq saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 13 =