Sionist hərbçi: İsrail mühasirədədir

Sionist hərbçi: İsrail mühasirədədir

Sionist rejim dəniz qüvvələrinin ehtiyatda olan yüksək rütbəli hərbçisi İsrailin hal-hazırda Yəmən tərəfdən dənizdən mühasirədə olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Elizer Marom dünən axşam (13 dekabr) “Ordu radiosu”na müsahibədə deyib: Bu günə kimi biz Yəmən tərəfdən bu qədər müxtəlif hərbi hücumlara məruz qalmamışdıq. Demək olar ki, İsrailin Qırmızı dənizə çıxışı bağlanıb və bu məsələ qiymətlərin artmasına ciddi təsir göstərir.

Marom daha sonra deyib: Bu məsələ təkcə idxalatda gecikmələrdən başqa daxili istehsalda istifadə edilən xammal və elektrik ehtiyat hissə xammalının gətirilməsinə də mənfi təsir göstərir.

Bundan əvvəl də Yəmən silahlı qüvvələrinin mətbuat katibi Yəhya Səri Qəzzə xalqı üçün qida məhsullarından başqa işğal olunmuş Fələstinə gedən heç bir yükün Qırmızı dənizdən keçə bilməyəcəyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, dünən də İngiltərə dəniz təhlükəsizliyi şirkəti Yəmən suları yaxınlığında silahlı qüvvələr olan sürətli motorlu qayıqların 2 gəmini atəşə tutmasından xəbər vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =