Sionist hərbçilərin 16 yaşlı müsəlman qıza qarşı vəhşiliyi

Sionist hərbçilərin 16 yaşlı müsəlman qıza qarşı vəhşiliyi

Quds əl-Əxbariyyə”-nin verdiyi məlumata görə, Fələstində sionist-yəhudi hərbçilərin müsəlmanlara qarşı qəddar hücumları davam edir və işğalçılar bu hücumlarda kişi, qadın, uşaq, qoca və gənc bilmədən hamıya qarşı vəhşilik göstərirlər.

Fələstin medialar video yayaraq sionist işğalçılarının müsəlmanlara qarşı vəhşiliyinin daha bir görüntüsünü təqdim ediblər.

“Quds əl-Əxbariyyə” tərəfindən yayımlanan videoya görə, bir gənc fələstinli müsəlman qız bir neçə yəhudi əsgər tərəfindən vəhşicəsinə döyülür. Bu hadisə yəhudi işğalının qəddarlığının ən ağır formada olduğunu bir daha sübuta yetirir.

İşğalçı hərbçilərin başqa bir vəhşi hərəkətində isə bir müsəlman yeniyetmə Hebronun cənubunda Əl-Fəvar düşərgəsinin girişində sionist əsgərlər tərəfindən güllələnib.

Yerli mənbələr bildiriblər ki, işğalçı sionist əsgərlər 15 yaşlı müsəlman Vasim Məhəmməd Nassarı ayağından güllələyiblər, sonra onu həbs ediblər.

Bu hərəkətdən sonra yəhudi əsgərlər bu müsəlman yeniyetmənin atasını da Əl-Fəvar düşərgəsinin girişində bir neçə saat saxlayıblar.

Daha iki gənc müsəlman isə işğal altındakı Qüdsün köhnə hissəsində və Qüdsün şimalında yerləşən Kəfr Əqəb qəsəbəsində həbs edilib. Bu həbslər sionist işğalçıların bu iki fələstinlinin evinə basqın etməsindən sonra baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =