Sionist media: HƏMAS döyüşçülərinin sayı müharibədən əvvəlki ilə müqayisədə azalmayıb

Sionist media: HƏMAS döyüşçülərinin sayı müharibədən əvvəlki ilə müqayisədə azalmayıb

Sionist media HƏMAS hərəkatının yeni qüvvələr cəlb etdiyini və bu hərəkatın döyüşçülərinin sayının müharibədən əvvəlki ilə müqayisədə azalmadığını bildirib.  Sionist rejimin 13-cü kanalı HƏMAS hərəkatının sionist rejimlə müharibəni bərpa etməyə hazır olduğunu bildirib.

Bu sionist media əlavə edib: İsrail ordusunun bəzi kəşfiyyatçıları HƏMAS hərəkatının minlərlə yeni döyüşçü cəlb etməyə müvəffəq olduğunu vurğuladılar. Bu hesabata görə, statistika Qəzza müharibəsi başlamazdan əvvəl HƏMAS döyüşçülərinin sayının təqribən 30 min nəfər olduğunu və bu rəqəmin azalmadığını və demək olar ki, eyni olduğunu göstərir.

Bundan əvvəl sionist mənbələr HƏMAS-ın öz güc və imkanlarını gücləndirdiyini etiraf etmişdilər. Bununla əlaqədar olaraq, sionist rejimin radiosu HƏMAS-ın Qəzzanın şimalında silahlı qüvvələrin cəlb edilməsində uğur qazandığını və sionist qüvvələrin hədəf alınmasında partlamamış İsrail bombalarından istifadə etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =