Sionist media: İranın kiber hücumu İsraildə siren səsinə səbəb olub

Sionist media: İranın kiber hücumu İsraildə siren səsinə səbəb olub

Sionist mediası İranın kiberhücumunun işğal olunmuş Fələstinin bir neçə şəhərində siren səsinə səbəb ola biləcəyini yazıb.

Sionist rejim bazar ertəsi elan edib ki, İsrailin ictimai siqnalizasiya sistemlərinə kiberhücum Qüdsün bəzi bölgələrində həyəcan təbili çalıb.

İsrail ordusu bazar ertəsi kiberhücumun beş şəhərdə siqnalizasiya sistemlərini sıradan çıxardığını və fasiləsiz sirenlər çaldığını təsdiqləyib.

 “Jerusalem Post” və “Haaretz” yazır ki, İsrail ordusu İranın bu kiberhücumlara başlaması imkanını nəzərdən keçirir.

 “The Jerusalem Post” qəzeti yazıb: “Bazar günü gecə təxminən bir saat ərzində Qüdsün Təlpiyat, Katmun, Bia Həkrim və İlat da daxil olmaqla bir sıra bölgələrində həyəcan siqnalı verilib.”

İsrail ordusu dünən axşam bildirib ki, bunun səbəbi məlum deyil.

İsrail ordusunun keçmiş baş qərargah rəisinin müavini Yair Qolan bazar ertəsi səhər İsrail ordusu radiosuna deyib ki, Tel-Əviv kiber müharibə vasitəsilə İsrailə zərbə endirmək istəyən İranın fəaliyyətlərinə hazırlaşır.

Bazar ertəsi səhər saatlarında İsrail ordusu radiosu, “İsrail Daxili Kiber Dairəsi”nin kiberhücumun İsrail şəhər xəbərdarlıq sistemlərini hədəf alaraq həyata keçirildiyini bildirib

Yair Qolan Jerusalem Posta deyib: “Şəhərin xəbərdarlıq sisteminə sızılması narahatlıq doğuran məsələsidir. Hər hansı müdaxilə olarsa, dərhal dayandırılmalıdır.”

İşğal olunmuş ərazilərdə davamlı siren səslərinin də ötən gecənin ortalarında eşidilməsi sakinlər arasında təşviş yaradıb.

Bu sirenalar dünən gecədən bir neçə dəfə səslənib. Beş böyük sionist şəhərində 50 dəqiqə ərzində sirenlər səslənib və şəhər sakinləri sığınacaqlara sığınıb. Təkcə bir şəhərdə 30 min insan var.

Sionistlər hər dəfə İranın və ya digər müqavimət qruplarının raket atmağa çalışdığı illüziyası ilə sığınacaqlara gedirlər.

Sionist rəsmilər, o cümlədən İsrail ordusunun sözçüsü səsin mənbəyinin araşdırıldığını desələr də, gecə yarısı sirenalar yenidən səslənib.

İşğal altında olan Qüdsdən başqa, İlat, Holon, Aşkelon və Uşdud da daxil olmaqla, digər şəhərlərdə də sirenlər səslənib.

İşğal olunmuş ərazilərdə məmurlar və sakinlər üçün ən vacib məsələ siren səsinin hansının real olduğu və sığınacaqlara getməli olduğu, hansının qeyri-real olmasıdır ki, bu da onlar arasında qəribə çaşqınlıq yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 3 =