Sionist media: Yəmənlilər yenidən hücumlara başlayacaq

Sionist media: Yəmənlilər yenidən hücumlara başlayacaq

İsrailin 24 telekanalı Qəzza zolağına dəstək məqsədilə Yəmən hücumlarının yenidən başlaması ehtimalı barədə məlumat yayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrailin 24 telekanalı dünən axşam (6 mart) bir verlişdə elan edib ki, Qəzza zolağına hücumun yenidən başlayacağı təqdirdə yəmənlilərin də işğal olunmuş ərazilərə yenidən hücum edəcək. Çünki Əbdül Malik Əl Husi də daxil olmaqla Yəmən rəsmiləri Fələstinə və Qəzza zolağına davamlı dəstəyini dəfələrlə vurğulayıb.

Qeyd edək ki, Ənsarullah hərəkatının lideri mübarək Ramazan ayının başlanması münasibətilə etdiyi çıxışda deyib: Müharibə variantına qayıtmaq sionist düşmənin bütün ərazilərini, o cümlədən işğal altındakı Yaffanın atəşə tutulması deməkdir və biz bütün imkanlarımızla Fələstin xalqını dəstəkləyəcəyik. Biz Fələstin və Livandakı mücahid qardaşlarımıza deyirik ki, siz tək deyilsiniz, Allah sizinlədir və biz də sizin tərəfinizdəyik və sionistlərə və onların tərəfdarlarına öz yanlış fikirlərini islah etməyi tövsiyə edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + seven =