Sionist mühacirlər Əl-Əqsa məscidinə hücum ediblər

Sionist mühacirlər Əl-Əqsa məscidinə hücum ediblər

Onlarla sionist mühacir sionist hərbçilərin güclü dəstəyi ilə Məscidül-Əqsaya hücum edib.

Mehr xəbər agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, bir neçə sionist mühacir sionist hərbçilərin güclü dəstəyi ilə Babəl-Muğarəbənin girişindən Məscidül-Əqsaya hücum ediblər.

Bu hücum zamanı sionist əsgərlər Əl-Əqsa məscidinin darvazaları və həyətlərində geniş şəkildə yerləşdirilib və sionistlərin hücumuna dəstək veriblər.

Bununla əlaqədar olaraq, işğal olunmuş Qüdsün İslami Vəqf İdarəsi bəyanat yayaraq, onlarla sionist mühacirin bu gün səhər saatlarında təxribat xarakterli hərəkətlərlə Məscidül-Əqsaya hücum etdiyini və talmud ayinləri keçirməyə başladığını elan edib.

Ötən gün sionist qüvvələr Babər-Rəhmə məscidinə hücum edərək bu islami müqəddəs məkana hörmətsizlik edib.

Sionist təcavüzünün güclənməsinin ardınca Qüdsdəki fələstinli milli və islami qruplar bəyanat verə və çağırışlar edərək, Məscidül-Əqsaya dəstək və onu qorumaq üçün fələstinlilərin geniş şəkildə məsciddə iştirakının vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 9 =