Sionist mühacirlər Əl-Əqsa məscidinə hücum edib

Sionist mühacirlər Əl-Əqsa məscidinə hücum edib

Bu gün bir sıra sionist mühacirlər bu rejim hərbçilərinin dəstəyi ilə Məscidül-Əqsaya hücum edərək bəzi təxribatçı talmudi ayinlərini yerinə yetiriblər.

Mehr xəbər agentliyinin Şahab News internet saytına istinadən verdiyi məlumata görə, sionist hərbçilərin ciddi təhlükəsizlik tədbirləri ilə bu bazar günü səhər bir neçə sionist mühacirlər Babəl-Məğribənin girişindən Məscidül-Əqsaya hücum ediblər.

Bu hücum zamanı sionist əsgərlər Əl-Əqsa məscidinin qapıları və həyətlərində geniş şəkildə yerləşdirilib və sionistlərin hücumuna dəstək veriblər.

Bununla əlaqədar, işğal olunmuş Qüdsün İslami Vəqfi bəyanat yayaraq, onlarla sionist mühacirlər bu səhər təxribat xarakterli hərəkətlərlə Məscidül-Əqsaya hücum edərək talmud ayinləri keçirməyə başladığını elan edib.

Sionist təcavüzünün güclənməsinin ardınca Qüdsdəki Fələstinli milli və islami qruplar bəyanat və çağırışlar edərək, Məscidül-Əqsaya dəstək və onu qorumaq üçün fələstinlilərin geniş şəkildə iştirakının vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 16 =