Sionist müxbir: Səudiyyə xalqı Fələstini dəstəkləyir, İsraillə güzəştə getmir

Sionist müxbir: Səudiyyə xalqı Fələstini dəstəkləyir, İsraillə güzəştə getmir

Sionist rejimin 12-ci kanalının müxbiri Səudiyyə Ərəbistanına səfərinə toxunaraq deyib: Bu ölkə xalqının Ər-Riyad və Təl-Əviv arasında münasibətləri normallaşdırmaq istəyi yoxdur.

Bu günlərdə ABŞ-ın sionistlərlə Səudiyyə Ərəbistanını barışdırmağa çalışması ilə bağlı duyumlar olsa da, lakin son xəbərlər ABŞ və Netanyahu hökumətinin Ər-Riyadın tələblərini yerinə yetirməməsi səbəbindən danışıqların dayandığını göstərir.

 “Jerusalem Post” qəzeti Ər-Riyadın Netanyahu hökuməti ilə sülh danışıqlarını dayandırmaq qərarını açıqlayıb.

Belə görünür ki, Netanyahu hökuməti İbrahim paktını canlandırmaq istəyinə baxmayaraq, Səudiyyə Ərəbistanına və müstəqil Fələstin dövlətinə strateji güzəştlər verməkdə maraqlı deyil.

Sionist rejimin 12-ci kanalının müxbiri də bu gün Səudiyyə Ərəbistanına səfərindən xəbər verib və deyib: Bu ölkə xalqının Ər-Riyad-Təl-Əviv münasibətlərini normallaşdırmaq istəyi yoxdur.

Bu kontekstdə o vurğulayıb: Səudiyyə Ərəbistanına səfərim və orada bir sıra vətəndaşlarla müsahibəm zamanı deyə bilərəm ki, Səudiyyə Ərəbistanı xalqı İsraillə normallaşma razılaşmasını qəbul etmir və Fələstin məsələsi hələ də onların arasında mövcuddur.

HƏMAS hərəkatının liderlərindən biri və Fələstin Qanunvericilik Məclisinin sədr müavini Əhməd Bəhr bu gün günortadan sonra deyib: Sionistlərlə münasibətlərin normallaşdırılması Əl-Əqsanın müdafiəsi uğrunda müharibədə şəhidlərin tökdüyü qana xəyanətdir.

Səudiyyə Ərəbistanının sionistlərlə güzəştə getməsi ehtimalı ilə bağlı xəbərlərə cavab olaraq Bəhr vurğulayıb:

Normallaşma İsraili Əl-Əqsa məscidinə qarşı təcavüzü artırmağa sövq edir və bu səbəbdən İslam ümməti normallaşma və normallaşdırıcılardan əl çəkməlidir

Bu Fələstin rəsmisi islam və ərəb xalqlarından sionistlərin İslami müqəddəs məkanlara qarşı faşist dini müharibəsinin artan təhlükəsinə qarşı ümumi səfərbərlik elan etmələrini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =