Sionist nazir: Həması məhv etmək imkansızdır

Sionist nazir: Həması məhv etmək imkansızdır

 Sionist rejimin müharibə naziri HƏMAS-ın məhv edilməsinin imkansız olduğunu etiraf edərək deyib: Bu hərəkatı məhv etmək xülyası yaşayanlar səhv edirlər.

İRNA-nın məlumatına görə, sionist rejimin müharibə kabinetinin naziri Qadi Ayzenkot bu gün (29 may) deyib: Vəziyyətin sabitləşməsi üçün 3-5 il vaxt lazım olacaq. Amma hökumət qurmaq üçün uzun illərə ehtiyacımız var.

Ayzenkutun sözlərinə görə, “Rəfahda HƏMAS batalyonlarını məhv edəcəyik, sonra israilli məhbusları azad edəcəyik” deyən hər kəs xülyalarda yaşayır.

Ayzenkot etiraf edib: Həmas ideoloji təşkilatdır və bu gün Qəzzada seçkilər keçirilsə, mütləq qalib gələcək. Mütləq qələbə şüardan başqa bir şey deyil və Netanyahu təhlükəsizlik və iqtisadiyyat baxımından tamamilə uğursuzluğa düçar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 19 =