Sionist nazirlər ilk dəfə Qəzzada daimi atəşkəs haqqında müzakirə apardı

Sionist nazirlər ilk dəfə Qəzzada daimi atəşkəs haqqında müzakirə apardı

  Fələstin İnformasiya Mərkəzi cümə günü gecə elan edib ki, İsrailin yüksək rütbəli rəsmiləri ilk dəfə olaraq müharibə kabinetində Qəzzada daimi atəşkəs barədə fikir mübadiləsi aparıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin müharibə kabineti zərurət yaranarsa, Qəzzada hərbi əməliyyatların bərpa ediləcəyini deyib.

“Kan” telekanalı bunun ordunun Baş Qərargah rəisi, Mossadın rəhbəri, Şabakın rəhbəri, müharibə naziri və Hərbi Nazirlər Kabinetinin iki naziri Benni Qantz və Qadi Eyzenkot tərəfindən dəstəklədiyini vurğulayıb.

Məlumata görə sionist rejimin müharibə nazirliyinin yüksək rütbəli məmurları belə hesab edirlər ki, hətta razılaşma çərçivəsində hərbi əməliyyatların dayandırılmasının ümumi konturları ilə bağlı razılıq olsa belə, “İsrail” Qəzzanı yenidən bombalamağa başlayacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, Mossad rəhbəri və Qətərin baş naziri bu gün Parisdə görüşərək sionist rejim və Həmas arasında danışıqların ümumi çərçivəsini formalaşdırmağa çalışacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 4 =