Sionist Ordu: 21 israilli əsirin cəsədini Qəzzadan çıxardıq

Sionist Ordu: 21 israilli əsirin cəsədini Qəzzadan çıxardıq

İsrail ordusu cümə axşamı gecəsi Qəzzadan 21 əsirin cəsədini çıxardığını açıqlayıb.

İRNA-nın Səma Fələstin xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejimin 14-cü kanalı İsrail ordusunun Qəzzadakı qəbiristanlıqların birindən 21 israilli məhbusun cənazəsini işğal olunmuş Fələstinə köçürdüyünü elan etdiyini bildirib.

Bu sionist media əlavə edib: Ordunun elanının əksinə olaraq, bu cəsədlər kimliklərini müəyyən etmək üçün işğal altındakı Fələstinə köçürülüb və indiyədək aşkar edilən cəsədlərin sionist məhbuslara aid olduğu sübuta yetirilməyib.

Sionist rejim HƏMAS da daxil olmaqla Fələstinin müqavimət qruplarını məhv etmək və əsirlərini azad etmək məqsədi ilə Qəzzə zolağını ağır bombardmanlara başlayıb və sonra oktyabrın 7-dən Qəzzəyə doğru yürüş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − ten =