Sionist ordu Qəzzada 5 əsgərin öldüyünü açıqlayıb

Sionist ordu Qəzzada 5 əsgərin öldüyünü açıqlayıb

İsrail ordusu şənbə günü axşam Qəzzanın şimalında və cənubunda bu gün baş verən qarşıdurmalar zamanı bu rejimin 5 əsgər və zabitinin həlak olduğunu açıqlayıb.

Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində azı 44 nəfərin yaralandığını, onlardan 10-nun vəziyyətinin ağır olduğunu etiraf etmişdi.

HƏMAS-ın hərbi qanadı olan Kataibəl-Qəssam bu gün (şənbə günü) günorta saatlarında verdiyi açıqlamada İsrail tanklarının məhv edildiyini açıqlayıb.

Kətaibəl-Qəssam elan edib ki, sionist rejim bu yaxınlarda iki tonluq raketlə fələstinli mülki vətəndaşların evlərini hədəfə alıb, lakin bu raketlər işə yaramayıb və partlamayıb.

HƏMAS hərbi şöbəsi əlavə edib ki, müqavimət qüvvələri bu raketləri “Cəbəliyyəl-Bələd” bölgəsində işğalçıların maşınlarının yoluna yerləşdirib və İsrail maşınları və tankları həmin yerə çatan kimi raketləri partladıblar.

Bu açıqlamaya görə, bu əməliyyatda 5 İsrail tankı məhv edilib və tanklarda olanların hamısı ya yaralanıb, ya da ölüb.

Kataibəl-Qəssam bu gün həmçinin elan edib ki, müqavimət qüvvələrindən biri Cəbəliyya düşərgəsinin “Əl-Qəsasib” məhəlləsində sıfır məsafədən 4 İsrail əsgərini öldürə bilib.

Fələstin müqaviməti İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Cəhrəd-Dik bölgəsində tunelin girişini partladaraq bu əsgərləri xilas etmək üçün tunelə gələn yardımçı qüvvələri ağır minaatanlarla hədəfə aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − eleven =