Sionist qüvvələrin Tulkərimə hücumunda iki fələstinli gənc şəhid olub

Sionist qüvvələrin Tulkərimə hücumunda iki fələstinli gənc şəhid olub

Fələstinli mənbələr sionist qüvvələrin səhər tezdən Tülkərimdəki “Nur Şəms” düşərgəsinə hücumundan sonra baş nahiyəsinə birbaşa güllə dəyməsi nəticəsində iki fələstinli gəncin şəhid olduğunu açıqlayıb.

 Sentyabrın 24-ü bazar günü səhər saatlarında işğalçı qüvvələrin İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdəki “Nur Şəms” düşərgəsinə hücumu nəticəsində iki fələstinli gənc şəhid olub, bir sionist əsgər isə yaralanıb.

Əl-Məyadin xəbər saytının və tibbi mənbələrin məlumatına görə, 21 yaşlı Useyd Fərhan Əbu Əli Cəbavi və 32 yaşlı Əbdürrəhman Süleyman Əbu Dəğaş başından güllə yarası alaraq şəhid olublar.

Fələstin mənbələri səhər saatlarında işğalçılarla toqquşma barədə belə deyirlər:

Sionistlər hərbi buldozerlə düşərgəyə hücum edərək əsas küçəni bağlayıblar. Güclü atışmaların fonunda küçədə geniş dağıntılara səbəb olublar. Onların snayperləri insanların evlərinin damında yerləşərək fələstinliləri hədəfə alıb.

Fələstinin “Şahab” xəbər agentliyi də bir neçə saat əvvəl xəbər verib ki, sionist qüvvələr Nur Şəmsə hücumda çoxlu sayda hərbçi və zirehli texnika ilə birlikdə fələstinlilərin evlərini dağıtmaq üçün buldozerlər gətiriblər.

HƏMAS İslami Müqavimət Hərəkatının Tulkərimdə yerləşən hərbi qolu Əl-Qəssam Briqadaları da bəyanatda vurğulayaraq elan edib: “Mücahidlərimiz müqavimətin digər qruplaşmalarından olan qardaşları ilə birlikdə bir neçə cəbhədə işğalçılarla silahlı qarşıdurmadadırlar.”.

Bu toqquşmalar zamanı Fələstin mediası Nur Şəms düşərgəsində sionist əsgərlərin sıraları arasında böyük partlayışın baş verməsini xəbər verib və yazıb: Bu partlayış sionist rejimin buldozerini hədəfə alıb və onu ciddi şəkildə zədələyib.

Tulkərimdəki Əl-Qəssam batalyonu öz bəyanatında təsdiqləyib ki, sionistlərin düşərgəyə hücumuna cavab olaraq, işğalçı qüvvələrin sıralarına birbaşa itkilər verib və onların bir sıra hərbi maşınları zədələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 2 =