Sionist rəsmi: İsrail Hizbullahla müharibəyə hazır deyil

Sionist rəsmi: İsrail Hizbullahla müharibəyə hazır deyil

 İsrail hökumətinin müfəttişi sionist rejimin baş nazirinə ünvanladığı məktubla rəsmi olaraq elan edib ki, İsrail Hizbullah ilə mümkün müharibə ssenarisi ilə üzləşmək üçün lazımi hazırlıqlara malik deyil.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, sionist hökumət kabinetinin müfəttişi “Metanyahu Engelman” Netanyahuya ünvanladığı məktubda İsrailin işğal olunmuş ərazilərin şimalında Hizbullahla döyüşməyə hazır olmadığını açıqlayıb.

Məktubunda kabinet müfəttişi, Hizbullah ilə müharibə vəziyyətində işğal edilmiş ərazilərin şimal sakinlərinin təxliyəsi ilə bağlı müharibə naziri Yoav Qalantla İsrailin daxili işlər naziri Moşe Arbel arasında fikir ayrılıqlarına işarə edərək hazırkı vəziyyətdə İsrailin Hizbullahla müharibəyə hazır olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =