Sionist rəsmi: Rəfahda qələbədən əsər-əlamət yoxdur

Sionist rəsmi: Rəfahda qələbədən əsər-əlamət yoxdur

 Sionist rejimin əməliyyat idarəsinin keçmiş komandiri verdiyi açıqlamada Rəfəh əməliyyatında qələbədən əsər-əlamət olmadığını etiraf edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yesrael Zeev İsrailin 12-ci kanalı ilə müsahibədə deyib: Biz qələbə arzusu ilə Rəfahda dərindən qərq olsaq da, faktiki olaraq Rəfahda qələbədən əsər-əlamət olmadığını göstərir.

Keçmiş komandir Yesrail Zeev həmçinin əlavə edib: Hizbullahın baş katibi Həsən Nəsrullah öz atəşinin dərinliyini İsrail (rejim) torpaqlarının üçdə birinə və ya təxminən 40%-ə çatdırıb.

Bu arada dünən (14 iyun) sionist media işğalçı rejimin işğal olunmuş ərazilərin şimalında Livan Hizbullahına qarşı məğlubiyyətini etiraf edərək, Livanın İslami müqavimətinin radar və casus sistemlərini hədəfə alaraq işğalçı ordunun xəbərdarlıq sistemlərini sıradan çıxardığını etiraf etmişdi.

Digər bir məlumata görə sionist rejimin təhsil naziri Yoav Kiş Hizbullahın şimal cəbhəsindəki raket və dron əməliyyatlarının uğurunu etiraf edərək, işğal altındakı şimal bölgəsinə edilən bu hücumlardan sonra növbəti dərs ilinin pozulacağı qorxusu da gizlətməyib.

Ötən bir neçə ayda sionist rejimin Qəzzə zolağındakı dəhşətli cinayətləri və bu bölgədə fələstinlilərin soyqırımından sonra Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında İsrailin hərbi mövqelərini hədəfə aması bu bölgələrdə yaşayan sionistlərin qorxusuna səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 5 =