Sionist rejim Cenində qüvvələrini gücləndirir

Sionist rejim Cenində qüvvələrini gücləndirir

Sionist rejimin İordan çayı qərb sahillərində yerləşən Cenin düşərgəsinə hücumları davam edir və bu hücumlarda onlarla fələstinli şəhid olub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (12 dekabr) medialarda yayımlanan yeni videolara görə sionist rejim hərbçiləri Cenində yeni hərbi texnika ilə təchiz olunur və hücumları daha da şiddətləndirir.

Fələstin informasiya qaynaqlarının verdiyi xəbərə görə sionist hərbçilər fələstinlilərin yaşayış yerlərinə və hətta Cenin xəstəxnasına basqınlar edirlər.

Məlumata görə hücum və basqınlar bu gün səhər saatlarından başlayıb və onlarla fələstinli gənc naməlum yerlərə aparılıb. Onlara müqavimət edən 4 fələstinli gənc isə şəhid olub.

Qaynaqlar həmçinin Cenin düşərgəsinə sionistlərin 2 yeni buldozer, 15 zirehli maşın və digər modern təchizatın gətirildiyini də qeyd edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + ten =