Sionist rejim Dəməşq ətrafına hava hücumları etdi

Sionist rejim Dəməşq ətrafına hava hücumları etdi

İnformasiya qaynaqları sionist rejimin Dəməşq şəhəri ətrafı və Suriyanın cənub bölgələrinə hava hücumlarından xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, dünən axşam (2 may) sionist rejimin Dəməşq ətrafında bir binaya hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Sionist rejim ordusunun sözçüsü Daniel Hagari dünən gecə bu rejimin Suriyanın cənubunu raketlə hədəfə aldığını təsdiqləyib.

Hagari əlavə deyib: İsrail Suriyanın hücumuna cavab olaraq Dəməşq və Quneytra ətraflarında yerləşən əraziləri hədəf aldı

Ordu sözçüsü həmçinin İsrailin Suriya tərəfdən Cövlana doğru atılan raketlərin qarşısının alındığı və məhv edildiyini də iddia edib.

Reuters xəbər agentliyi də İsrail təhlükəsizlik rəsmisinə istinadən İsrailin hücumunun Dəməşq yaxınlığındakı təhlükəsizlik binasına ziyan vurduğunu iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =