Sionist rejim: Gərginliyin Qəzzədən şimal cəbhəsinə yayılmasından narahatıq
Sionist rejimin təhlükəsizlik qurumları Qəzzədən şimal cəbhəsinə yayılan gərginlik və qarşıdurmalardan narahat olduqlarını bildiriblər.
Mehr Xəbər Agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, İbrani mediası sionist rejimin təhlükəsizlik və hərbi qurumlarının gələcəkdə gərginliyin Qəzzədən şimal cəbhəsinə keçməsi ehtimalından narahat olduqlarını bildirib.
Bu media vurğulayırb ki, HƏMAS şimalda Livandan Əl-Cəlilə onlarla, Qəzzədən isə cənub və mərkəzə yüzlərlə raket atmaq üçün kifayət qədər güc toplayıb.
Sionist hərbi analitik Tal Liyu da bildirib ki, İsrail Ramazan ayının son günlərinin sülhlə başa çatacağına ümid edir.
Bu yaxınlarda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə vurğulamışdı ki, Fələstin xalqı sionist düşmənlə hərtərəfli və genişmiqyaslı döyüşə girəcək.
Ən-Nəxalə bəyan edib ki, İordan çayının qərb sahilində müqavimətin güclənməsi sionist işğalçı rejimin təhlükəsizliyinə birbaşa təhdiddir. O, işarə edib ki, sionist düşmən müqavimətin yaratdığı çəkindirmə sayəsində qüvvələr balansının tam şəkildə qurulduğunu başa düşüb.
Müqavimət oxu sionist rejimə qarşı çəkindirmə yaratmaqla yanaşı, on minlərlə müqavimət raketi ilə bu rejimi mühasirəyə alıb.
“The Times of Israel” də dünən bu qəzetin baş analitiki Havio Rettiq Qorun versiyi hesabatda yazıb: Həmas və İran üçün İsrailin daxili çəkişmələri yəhudi dövlətinin qaçılmaz süqutunun əlamətidir.
Müəllif bu hesabatda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çıxışına da işarə edir: Hizbullah lideri cümə günü deyib ki, axın nəhayət İsrailə qarşı çevriləcək. Müqavimət inamlıdır, halbuki İsrail düşməni qorxu və panikadadır.
Rettiq Qor Qüds günü yürüşləri və çıxışlarına toxunaraq yazıb ki, cümə günü hara baxsaq, oxşar sözlər təqdim edilirdi ki, bütün bunlar sionist rejimin tezliklə süqutunun zəmanətindən və İran ilə HƏMAS arasında artan ittifaqın bayram edilməsindən xəbər verir.