Sionist rejim hərbçiləri Ərihada 2 fələstinlini yaraladı

Sionist rejim hərbçiləri Ərihada 2 fələstinlini yaraladı

Sionist rejim  hərbçiləri bu gün səhər (29 noyabr) Ramullah yaxınlığındakı Ərihaya hücum edərək 2 fələstinlini yaralayıblar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İordan çayı qərb sahili, Ramullah yaxınlığındakı Beytunya bölgəsində yerləşən həbsxana ətrafında sionistlər 2 fələstinlini güllələyib.

Məlumata görə Cenində də fələstinli gənclərlə sionist hərbçilərin döyüşü davam edir. İşğalçılar Cenin xəstəxanasını tamamilə mühasirəyə alıblar və orada yerləşən bir yaşayış evini partladıblar.

Fələstin mediaları dinc əhalidən olan bu ailənin evinin partladılmasını təsvir edən fotoşəkillər yayımlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + three =