Sionist rejim İordan çayının qərb sahili və Qəzza zolağını qapalı hərbi zona elan edib

Sionist rejim İordan çayının qərb sahili və Qəzza zolağını qapalı hərbi zona elan edib

Sionist ordu yəhudilərin bayramlarından birini bəhanə edərək İordan çayının qərb sahilini tamamilə mühasirəyə alacağını və qapalı hərbi bölgə elan edəcəyini və işğal altındakı Fələstin ilə Qəzza zolağı arasındakı rabitə keçidlərini bağlayacağını bəyan edib.

İsrail ordusu elan edib ki, yəhudilərin Kippur bayramı bəhanəsi ilə bu gecə (23 sentyabr şənbə) gecə yarısından bazar ertəsi (25 sentyabr) gecə yarısına kimi İordan çayının qərb sahilinə gedən bütün yolları və Qəzza Zolağını bağlayır.

“Ərəb 48” internet saytının məlumatına görə, sionist ordunun bəyanatında deyilir: Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və siyasi səviyyədə təlimatlar əsasında “Yuda və Əs-Səmarə” (Qərbi Sahil) ərazisi və Qəzza zolağına aparan bütün keçidlər bağlanacaq.

Bu açıqlamaya əsasən, bazar günü səhərdən (24 sentyabr 00:01) çərşənbə axşamı səhərə qədər (26 sentyabr 00:01) İordan çayının qərb sahili və Qəzza zolağı işğalçılar üçün hərbi kazarmaya çevriləcək.

 İşğalçı ordunun qüvvələri və onun təhlükəsizlik agentləri bütün işğal olunmuş ərazilər, İordan çayının qərb sahili və Qəzza zolağının keçidlərində yerləşdiriləcək, İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün bütün ərazilərində nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Sionist rejim daha sonra iddia edib ki, işğalçı Nazirlər Kabinetinin fəaliyyət koordinatorunun təsdiqindən sonra bu müddət ərzində işğal olunmuş ərazilərdə humanitar, tibbi və müstəsna hallara icazə veriləcək.

Sionist rejim həmçinin yəhudilərin “Eyd əl-Ərş” (Sukut) bayramı münasibətilə İordan çayının qərb sahili və Qəzza zolağına gedən bütün keçidləri səkkiz gün bağlayacağını açıqlayıb. Sukut, kölgəliklər Bayramı kimi tanınan yeddi günlük bir festivaldır və israillilərin səhrada sərgərdan gəzdiyi vaxtı xatırladır.

Bu xəbərə görə, İsrail ordusu təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra bu bölgələrin blokadasını ləğv edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 8 =