Sionist rejim İspaniya və Belçika baş nazirlərinin açıqlamalarından qəzəblənib

Sionist rejim İspaniya və Belçika baş nazirlərinin açıqlamalarından qəzəblənib

İşğalçı İsrail rejimi İspaniya və Belçika səfirlərini iki ölkə liderlərinin Misirə səfər zamanı anti-sionist açıqlamalarına görə çağırıb. Netanyahu da bu açıqlamalara reaksiya verib.

Sionist rejim noyabrın 24-ü axşam saatlarında Belçika və İspaniya səfirlərini çağırdıqdan, sonra bu iki ölkənin baş nazirlərinin bəyanatları ilə bağlı etirazlarını onlara çatdırıb.

Misirə səfər etmiş İspaniyanın baş naziri Pedro Sançes və Belçikanın baş naziri Alexander de Croo sionist rejimin hərəkətlərini qınayıblar. 

İspaniyanın baş naziri Pedro Sançes Qəzzədəki vəziyyətin “müasir dövrdə ən pis humanitar fəlakət” olduğunu bildirib.

Sançes Fələstinin müstəqil dövlət kimi tanınmasının öz administrasiyasının gündəmində əsas yer tutacağını deyib.

“Avropa İttifaqı tanımasa, biz Fələstin dövlətini tanımağa qərar verə bilərik”, – deyə o, vurğulayıb.

İspaniyanın baş naziri beynəlxalq ictimaiyyəti Fələstin dövlətini rəsmən tanımağa çağırıb.

Onun belçikalı həmkarı Aleksandr de Croo da oxşar açıqlamalar verərək, mövcud atəşkəsin kifayət etmədiyini və daimi atəşkəsə ehtiyac olduğunu bildirib. 

Aleksandr de Croo vurğulayıb ki, İsrail Qəzzə zolağında dinc sakinləri öldürməyi dayandırmalıdır. O, həmçinin Qəzzə zolağının məhv edilməsinin qəbuledilməz olduğunu da vurğulayıb.

Sionist rejimin baş naziri Benyamin Netanyahu Sançes və De Krunun açıqlamalarının mətbuatda dərcindən sonra onların şərhlərinə reaksiya verib və deyib: “Belçika və İspaniya baş nazirlərinin HƏMAS-ın baş verən cinayətlərə görə məsuliyyət daşımadığı ilə bağlı açıqlamalarını qətiyyətlə pisləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 8 =