Sionist rejim Qəzzə şəhidlərinin dəfn mərasimini bombalayıb

Sionist rejim Qəzzə şəhidlərinin dəfn mərasimini bombalayıb

Sionist rejim Qəzzə zolağının mərkəzində Qəzzə şəhidlərinin dəfn mərasimini bombalayıb.Sionistlərin fəlakətli məğlubiyyətləri, həmçinin bəzi qəsəbə və hərbi qərargahları itirmələri bu rejim başçılarının son günlər Qəzzənin günahsız əhalisinə və mülkilərə hücum etmələri, həmçinin onları mühasirəyə almaqla hərbi cinayətlər törətmələrinə bais olubdur.
Qəsbkar rejimin ən yeni cinayətlərində bu rejim qırıcıları bu gün günortadan qabaq Qəzzənin mərkəzi və şimal bölgələrinə, o sıradan Deyrulfələh məzarlığında şəhidlərin dəfn mərasiminə bir neçə dəfə hücum ediblər.
Bu hücumlar nəticəsində bir qrup fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıbdır.
İşğalçılar Qəzzənin mərkəzindəki Əlsəvarihə məzarlığını bombalayıblar ki, bombalardan biri bir yaşayış evinə düşüb. Nəticədə bir ailənin yeddi üzvü şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + eleven =