Sionist rejim Qəzzədə 2 ay hərbi əməliyyatların dayandırılmasını təklif edib

Sionist rejim Qəzzədə 2 ay hərbi əməliyyatların dayandırılmasını təklif edib

Sionist rejim Qətər və Misir vasitəçiləri vasitəsilə Həmasa bütün girovların azad edilməsi şərti ilə Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edib.

Əl Aləm telekanalının Axios internet portalına istinadən verdiy xəbərə görə, bu, “Qəzzada saxlanılan bütün girovların azad edilməsini ehtiva edən çoxmərhələli razılaşmadır”.

Xəbərdə İsrail rəsmiləri məhbus mübadiləsi razılaşmasının əldə olunacağı təqdirdə ilk mərhələdə qadın, 60 yaşdan yuxarı kişi və sağlamlıq vəziyyəti ağır olan girovların azad edilməsinin planlaşdırılacağını bildirib.

Təklif edilən məhbus mübadiləsi razılaşmasına əsasən, İsrail və HƏMAS bir israilli məhbusun müqabilində neçə fələstinli məhbusun azad ediləcəyi ilə bağlı əvvəlcədən razılaşacaqlar və sonra onların adları ilə bağlı ayrıca danışıqlar aparılacaq.

Həmas liderlərindən olan Sami Əbu Zəhri bu təklifin şübhəli olduğunu qeyd edərək deyib ki, bu, sadəcə girov ailələrinin qəzəblərinin susdurulması üçündür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 20 =