Sionist rejim Qəzzəyə daha 10 briqada göndərdi

Sionist rejim Qəzzəyə daha 10 briqada göndərdi

 Sionist rejim Rəfahda 100-dən çox itki verdiyi halda yenə də bu keçidə 10 yeni briqada göndərilməsi barədə əmr verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Yediot Aharanot qəzeti bugünkü sayında Rəfah əməliyyatının başlanmasından bəri ən azı 100 İsrail əsgərinin xəstəxanaya aparıldığını və onlardan bəzilərinin vəziyyətinin çox ağır olduğunu etiraf edib.

Məlumata görə mayın 6-da Rəfah əməliyyatının başlamasından sonra yaralı əsgərlərin xəstəxanalara ortalama gəlişi kəskin artıb, bəziləri isə şimalda və mərkəzdə döyüşlərin yenidən başlaması səbəbindən yaralanıb.

Statistikaya görə, vəziyyəti ağır olan əsgərlər adətən Qəzza zolağına ən yaxın xəstəxanalar olan Aşdoddakı Brazilai köçürülür. Vəziyyəti nisbətən yaxşı olan yaralı hərbçilər isə işğal altında olan Fələstinin mərkəzindəki xəstəxanalara aparılır və ya Qüdsə göndərilir.

Sionist ordusunun dərc etdiyi statistikaya əsasən, Qəzzə müharibəsində yaralanan sionist əsgərlərin rəsmi statistikası 3543 nəfərdir və onlardan 546-nın vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 5 =